Küləkli havada iş qaydaları dəyişir

06.11.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda küləkli hava şəraitində açıq iş yerlərində əməyin tənzimlənməsi, həmçinin quruda istismar olunan kranlarla işlərin dayandırılması şərtlərinin dəqiqləşdirilməsi təklif olunur.

Marja.az xəbər verir ki, bu, Milli Məclisin saytında dərc edilmiş Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.

Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda isə bu kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.

Küləkli havada açıq iş yerləri də əhatə olunacaq

Əmək Məcəlləsinin 233-cü maddəsinin adına və mətninə küləkli hava şəraiti ilə bağlı əlavələr təklif edilir. Dəyişiklik açıq şəraitli iş yerlərini, o cümlədən həmin iş yerləri üzrə qurğuları əhatə edəcək.

Məcəllənin işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtlərini müəyyənləşdirən 2-ci əlavəsinin adına da küləkli hava şəraitinin daxil edilməsi nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью