Küləkli havaya görə gəmilərə xəbərdarlıq edildi

07.11.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

"AzPolitika" bu barədə Agentliyə istinadən xəbər verir.

Xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

“Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır”, - məlumatda qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью