Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur FAKTİKİ HAVA

29.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Oktyabrın 29-u saat 19:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz və Gəncədə 20, Mingəçevirdə 19, Şəki və Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir.

Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью