Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı-Pirşağı-Sumqayıt sürət qatarında ləngimə olub.
BAKU.WS-in məlumatına görə, Sumqayıtdan Bakıya hərəkət edən qatar Zabrat-2 stansiyasında bir neçə dəqiqə ləngidikdən sonra yerindən tərpənib.
Hərəkətə başladıqdan sonra yüksək sürət yığa bilməyən qatar nəticədə növbəti stansiyaya nəzərdə tutulduğundan xeyli gec çatıb.
Aşağı sürətlə yolda dayana-dayana hərəkət edən qatar nəzərdə tutulan hərəkət qrafikdən xeyli kənara çıxıb.
Qatarın maşinistinin anonsundan belə məlum olub ki, hava şəraiti ilə əlaqədar qatarda texniki problem yaşanıb.