Küləyə görə Zığ dairəsi Hava Limanı yolunda sürət həddi endirilib

28.04.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

525.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bütün məlumat-sürət tablolarında "güclü külək" işarəsi qoyub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью