Külli miqdarda borcu olan məşhur klinikanın sahibi dəyişdi

05.04.2025

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Regional Hospital” MMC-nin qanuni təmsilçisi dəyişib.
Demokrat.az
İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hospitalın hazırda qanuni təmsilçisi Hüseynov Fərid Dilbazi oğludur.
O, bu vəzifədə Eldəniz Mübariz oğlu Daşdəmirovu əvəzləyib.
Bununla yanaşı hospitalın dövlət qarşısında mövcud olan külli miqdarda vergi borcu demək olar ki, hər ötən gün bir qədər də artır. Hazırda MMC-nin vergi borcunun miqdarı 698 250,04 manat təşkil edir.
Qeyd edək ki, "Regional Hospital" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью