Külli miqdarda dələduzluq edən şəxslə bağlı qərar | Icma.az
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Xəyal Abdıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 3 ay azaldılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Xəyal Abdinov 7 il müddətində azadlıqdan məhrum edilib.
İttihama görə, Xəyal Abdıyev taksi fəaliyyəti ilə məşğul olduğu maşına müştəri qismində əyləşmiş qadını Hövsandan Yasamalda yerləşən xəstəxanaya aparıb.
Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib.
O, qadının həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, 2 qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, onun həyat yoldaşı ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərinə dair vədlər verib.
Tam oxu
Xəbəri oxu