Külli miqdarda dələduzluq edənlər tutuldu

11.02.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakının müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən S.Mahmudovun da saxlanılması təmin edilib.

Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью