Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən şəxs saxlanılıb

31.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 28-də saat 04:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

MƏLUMAT YENİLƏNİR ...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью