Küllü miqdarda narkotik vasitə və çətənə kolları tapılıb

20.06.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə, 101 ədəd psixotrop tərkibli həb aşkarlanıb. 

Bu barədə DİN-dən məlumat verilib. 

Məlumata görə, bunlardan əlavə, kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə kolu da götürülüb. Yabanı halda bitmiş 9865 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью