Kultivasiya yolu ilə yetişdirilmiş 2 min 74 ədəd çətənə kolu aşkarlanıb

18.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 17-də ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 882 kiloqram çəkidə 2 min 74 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью