Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Niderland millisinin baş məşqçisi Ronald Kuman komandasının DÇ-2026-nın 1/16 finalında Mərakeşə məğlub olaraq turnirdən kənarlaşmasını şərh edib.
Sportal.az xəbər verir ki, "narıncılar"ın çalışdırıcısı bu nəticənin turnirə böyük iddialarla gələn komanda üçün ciddi zərbə olduğunu deyib. Kumanın sözlərinə görə, final fitindən sonra futbolçuların emosional vəziyyəti bu turnirin onlar üçün nə qədər əhəmiyyətli olduğunu göstərir:
"Özümüzü heç nədə qınaya bilmərik. Bu, oyunçuların nə qədər məyus olmalarından aydın görünür. Bizim bir arzumuz var idi. Beş müdafiəçi ilə oynamağa başladıq, çünki əvvəlki üç qarşılaşmada rəqiblərin qapımız qarşısında çox sərbəst hərəkət etməsinə imkan vermişdik. Əlbəttə, buna göz yumub eyni şəkildə davam etmək olardı. Lakin məşqçinin vəzifəsi nələrisə dəyişməkdir. Niderlandda hamı bizdən beş müdafiəçi ilə oynamağımızı tələb edirdi və biz bunu etdik. Yenə də nəsə çatışmadı. Amma bunun mənim üçün fərqi yoxdur. Heç nəyə görə peşman deyiləm".
Qeyd edək ki, Niderland millisi əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatan matçın penaltilər seriyasında Mərakeşə məğlub olub.
saytlarin hazirlanmasi