Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona”nın fransalı müdafiəçisi Jül Kunde üçün 50 milyon avrodan çox transfer haqqı tələb edə biləcəyi bildirilir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu cari mövsümdə əsas heyətdə yerini itirib. Kunde La Liqa və digər turnirlərdə keçirilən ilk səkkiz rəsmi oyunun yalnız ikisində start heyətində meydana çıxıb.
Kundenin vəziyyəti Andreas Kristensenin zədələnməsindən sonra dəyişə bilər. Fransalı futbolçu mərkəz müdafiəçisi kimi də komandaya kömək edə bilər.
Bununla yanaşı, oyunçu ilə bağlı bir neçə klubun maraqlandığı bildirilir. Ən azı üç İngiltərə klubunun müdafiəçini izlədiyi, “Bayern Münhen”in də onun vəziyyətini nəzərdən keçirdiyi qeyd olunur.
“Barselona”nın isə Kundeni satacağı təqdirdə 50 milyon avrodan daha yüksək məbləğ əldə etməyə ümid etdiyi bildirilir. Klub üçün belə transfer həm gəlir gətirə, həm də futbolçunun maaş yükünü azaltmağa imkan verə bilər.
Əlisahib İbrahimli