Kundenin gələcəyi ilə bağlı planı bilindi

20.06.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Barselona”nın müdafiəçisi Jül Kunde klubla yeni müqavilə imzalamağa razılıq verib. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində (əvvəlki "Twitter") məlumat yayıb.

Fransalı futbolçu baş məşqçi Hans-Diter Flikə komandada qalmaq istədiyini bildirib. Tərəflər arasında razılaşmanın yaxın həftələrdə rəsmiləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Jul Kunde başa çatan mövsümdə “Barselona”nın heyətində 53 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun klubla olan hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью