Kunya Mançester Yunaytedə keçə bilər

23.04.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Vulverhempton"un hücumçusu Matheus Kunya karyerasını "Mançester Yunayted"də davam etdirməkdə maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı "Mançester Yunayted"dəki uzunmüddətli layihəni bəyənir və komandanın Avropa yarışlarına vəsiqə qazana bilməməsinə baxmayaraq, bu addımı atmağa hazırdır.

Ayın sonunda tərəflər həlledici ola biləcək yeni görüş keçirəcəklər. 

"Vulverhempton" Matheus Kunya üçün 70 milyon avrodan çox pul istəyir.

Hələlik klublar arasında rəsmi transfer danışıqları aparılmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью