Kupça sız evlərə qaz çəkiləcək? Azəriqaz rəsmisi açıqladı

31.03.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Son günlər mediada və  sosial şəbəkələrdə sənədsiz evlərə qaz xətlərinin çəkiləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Yüzminlərlə vətəndaş bu qərarın nə zaman veriləcəyini gözləyir.

Məlum olduğu kimi, 2023-cü ildən bəri sənədsiz evlərə kommunal xətlərin çəkilişi dayandırılıb.

Bəs, bu problem nə zaman həllini tapacaq?

Məsələ ilə bağlı  "Sitat.info"ya açıqlama verən "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirdi ki, sənədsiz evlərə qaz xətlərinin çəkilməsinə başlanacağı ilə bağlı məlumatlar yanlışdır:

"Bu barədə bizdə hər hansı məlumat yoxdur.  Ümumiyyətlə, sənədsiz evlərə qaz çəkilməsi ilə bağlı məsələ "Azəriqaz" İB-nin səlahiyyətində deyil. Bu barədə Nazirlər Kabinetinin qərarı olmalıdır. 

Bu məsələ ilə bağlı hər hansı məlumat olsa, saytımızda dərc olunacaq".

Tehran,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью