Kupça sız evlərlə bağlı məsələ gündəmdə MM də müzakirə | Icma.az
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir. “Lerik rayonunda 17 kənd meşə fondu torpaqlarında yerləşir.
Bu ərazilərdə əhali çoxdan yaşayır və təsərrüfatla məşğul olurlar.
Kənd sakinləri burada evlər tikə, yaxud da 50-60 il əvvəl tikilən evlərə çıxarış ala bilmirlər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, lakin zəruri addım atılmayıb: “777 min hektar təşkil edən torpaqların dəyişdirilməsi lazımdır.
17 kəndin istifadəsində olan bu torpaqların xüsusi mülkiyyətə verilməsi təklif edilib. Məsələ həll edilməmiş qalır”.
Safura Bənnayeva Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu