Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çıxarışı olmayan evlərin də icbari sığortalanması üçün yeni imkan yaradıla bilər.
Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov məlumat verib.
Onun sözlərinə görə, hazırda daşınmaz əmlakla bağlı məlumat bazalarına çıxışın təmin edilməsi istiqamətində layihənin hazırlanması nəzərdə tutulur. Bu, sığorta şirkətlərinə əmlak barədə məlumatları sistemə daxil etməyə və müvafiq sığorta prosesini həyata keçirməyə imkan verə bilər.
Burda bələdiyyə və icra hakimiyyəti orqanlarının sənədləri, eləcə də dövlət qurumlarının alqı-satqı müqavilələri əsasında əmlakın sığortalanması imkanları da nəzərdə tutulur.
Sığorta məsələlləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, icbari sığorta bürosuna həmin sənədlərin inteqrasiya edilməsi sığorta bazarını canlandıra bilər.
Daha ətraflı videomaterialda:
Bizim.Media