KuPS Sabah la oyundan əvvəl qələbə qazandı

25.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "KuPS" Finlandiya çempionatında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda 17-ci turda öz meydanında VPS ilə qarşılaşıb.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

"KuPS" - VPS - 3:1

Qollar: Moreno, 1, Eqvall, 12, Luyey-Lutumba, 29 - Oqinniyi, 63

Hazırda "KuPS" 36 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Sabah" bu komanda ilə iyulun 28-də səfərdə üz-üzə gələcək. İlk matçda Azərbaycan klubu 1:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью