Kups Sabah matçını israilli hakim idarə edəcək

24.07.2026

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək Finlandiyanın "Kups" və Azərbaycanın "Sabah" komandaları arasında görüşün hakim təyinatları müəyyənləşib.

Qarşılaşmanı İsraildən olan referi Qal Leyboviç idarə edəcək.

Ona həmyerliləri Roy Hassan və Yossi Babayoff kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dekel Zino yerinə yetirəcək.

Matçda VAR hakimi Daniel Bar Natan, AVAR funksiyasını isə Eitan Şmuelevits icra edəcək.

Qeyd edək ki, "Kups" – "Sabah" cavab görüşü iyulun 28-də Finlandiyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Bakıda baş tutan ilk oyunda "Sabah" 1:0 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью