KuPS səkkizinci dəfə Finlandiya çempionu olub

04.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

KuPS tarixində səkkizinci dəfə Finlandiya çempionu olub.

İdman.Biz-in xəbərinə görə, bu, çempionat qrupunun bitməsinə bir tur qalmış baş verib.

Mütəmadi mövsümdə KuPS 12 komanda arasında dördüncü yeri tutaraq çempionluğa iddialı altı komanda arasında yer alıb. Hazırda “sarı-qaralar”ın 64 xalı var və ikinci yerdə olan “İlves” 60 xalla onları keçmək şansını itirib. “İnter Turku” isə 58 xalla üçüncü yerdədir.

KuPS ötən mövsüm də Finlandiya çempionluğunu da qazanıb. Bu çempionluq komandaya növbəti Çempionlar Liqası turnirində birinci təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью