KuPS u məğlub edəcək gücdəyik Sabah ın futbolçusu

20.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu

"Sabah"ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubuna qarşı keçirəcəkləri oyun barədə danışıb.

QOL.az xəbər verir ki, o, rəqibin güclü komanda olduğunu bildirib:

"KuPS güclü komandadır. Bizi maraqlı iki oyun gözləyir. Bu qarşılaşmaları səbirsizliklə gözləyirik. Rəqibi analiz etmişik və ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Düşünürəm ki, bu komandaya qalib gəlmək üçün kifayət qədər gücümüz var. Buna inanıram".

Hücumçu meydandakı mövqeyi ilə bağlı da fikirlərini bölüşüb:

"Məşqçi məni harada oynatsa, hazıram. Amma hücumun mərkəzində özümü daha rahat hiss edirəm. Düşünürəm ki, bu mövqedə komandaya daha çox fayda verirəm. Burada ciddi rəqabət var və bu, xoşuma gəlir. Heyətdə yer almaq üçün daha çox qol vurmalıyam".

Qeyd edək ki, "Sabah" - KuPS oyunu sabah 20:00-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью