KuPS un baş məşqçisi “Sabah”la cavab oyunu haqda danışdı

26.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

KuPS-un baş məşqçisi “Sabah”la cavab oyunu haqda danışdı

KuPS-un Finlandiya çempionatında VPS üzərində 3:1 hesablı qələbəsindən sonra komandanın baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.

QOL.az klubun saytlna istinadən xəbər verir ki, o, Bakıdakı ilk görüşdən sonra cütün taleyinin hələ də açıq qaldığını bildirib.

“Əlbəttə, cavab oyunu öncəsi vəziyyət Bakıdakı matçdan fərqlidir. Orada elə nəticə qazandıq ki, hələ də bu cütdə mübarizənin içindəyik. Ancaq növbəti mərhələyə yüksəlmək üçün öz oyunumuzu yaxşılaşdırmalıyıq. Bununla özümüzə mümkün olan ən yaxşı şansı yaratmalıyıq”, – deyə Nuutinen bildirib.

Qeyd edək ki, “Sabah” Bakıda keçirilən ilk oyunda KuPS-a 1:0 hesabı ilə qalib gəlib.

Cavab görüşü iyulun 28-də Kuopiodakı “Väre Arena”da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью