futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“KuPS”un baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, klubun saytına danışan mütəxəssis bunları deyib:
“Oyun Bakıdakından fərqli olacaq. Orda minimal hesabla məğlub olsaq da, şanslarımızı saxlamışıq. Yaxşı nəticə üçün meydanda gözəl performans göstərməliyik”.
“KuPS” ilk oyunda “Sabah”a 0:1 hesabıyla uduzub. Cavab görüşü iyulun 28-də Kuopio şəhərində olacaq.