Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski böyük səs-küy doğurmuş Xarkov vilayətinin Kupyansk şəhərinə səfəri barədə danışıb.
“AzPolitika” xəbər verir ki, jurnalistlərə açıqlamasında Zelenski həmin səfərinin məqsədini açıqlayıb: "Putin açıq şəkildə yalan danışır ki, Rusiya qoşunları artıq Kupyansk şəhərini ələ keçirib. Mən Kupyanska getdim ki, dünyaya Putinin yalan danışdığını göstərim".
Qeyd edək ki, dekabrın 12-də Ukrayna tərəfi Kupyanskda təxminən 200 rus əsgərinin mühasirəyə alındığını bildirib. Həmçinin, Ukrayna Müdafiə Qüvvələri şəhərin şimal-qərb hissəsini nəzarətə götürüb.
Ukrayna qüvvələrinin uğurlu əməliyyatları barədə məlumatlardan sonra Ukrayna Zelenski şəhərə gəlib və şəhərin girişində çəkilmiş videonu Telegram-da paylaşıb.
“AzPolitika.info”