Kupyanskda 10a yaxın əcnəbi muzdlu əsgər məhv edillib

05.12.2024

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərində Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi əraziyə endirdiyi zərbə nəticəsində 10-a yaxın əcnəbi muzdlunu öldürüb.

Bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.

O daha sonra qeyd edib ki, Petropavlovka kəndində düşmənin taqımı, eləcə də raket və artilleriya silahları üçün sahə anbarı və Kuçerovkada pilotsuz uçan aparatların idarəetmə mərkəzi məhv edilib.

“Qluşkovka bölgəsində əks-hücum cəhdi zamanı Ukrayna silahlı qüvvələri iki avtomaşını, bir zirehli transportyorunu və bir tağıma qədər şəxsi heyəti itirib”, - agentliyin həmsöhbəti qeyd edib.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью