“Kür” Avropa Kubokunda böyük hesablı qələbə qazanıb MİNGƏÇEVİRDƏN

10.10.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol klubu EHF Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.

İdman.Biz Mingəçevirdən xəbər verir ki, “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan görüş Azərbaycan təmsilçisinin APOEL üzərində 40:18 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ikinci qarşılaşma da “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək. Görüş oktyabrın 11-də saat 17:00-da başlayacaq.

Qalib iki oyunda vurulan qolların cəminə əsasən müəyyənləşəcək.

Leyla Eminova

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью