Kür Avropa Kubokunda mübarizəni dayandırdı

01.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin cavab matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşıb.

Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılan qarşılaşmanı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə ediblər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olub.

İlk matçda rəqibinə 25:30 hesabı ilə uduzan Azərbaycan çempionu cavab görüşündən də məğlub ayrılıb. Meydandan 38:27 hesabı ilə qalib ayrılan qonaqlar növbəti mərhələyə adlayıblar. "Kür" isə mübarizəni dayandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью