“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

11.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Mingəçevir, 11 oktyabr, AZƏRTAC

Həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində mübarizə aparan “Kür” klubu növbəti mərhələyə adlayıb.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Kiprin APOEL komandasına qarşı keçirilən cavab qarşılaşması təmsilçimizin 39:13 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, oktyabrın 10-da komandalar arasında baş tutan ilk oyunda təmsilçimiz 40:18 hesabı ilə qalib gəlmişdi. İki oyunun cəminə əsasən inamlı üstünlük əldə edən “Kür” kollektivi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın növbəti rəqibi püşkatmadan sonra məlum olacaq.

Müxbir-Mikayıl Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью