Kür Azərbaycan kubokunun qalibi oldu

24.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" komandaları qarşılaşıblar. Gərgin oyunun fasiləsinə Mingəçevir həndbolçuları 1 xal üstün yollanıblar - 11:10. İkinci hissədə "Bakı" vəziyyəti dəyişməyə çalışsa da, istəyinə çatmayıb.

Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью