“Kür” cavab oyununu da uduzdu

19.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan təmsilçisi “Kür” kişilər arasında Avropa Həndbol Kubokunun ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, paytaxt klubu öz meydanında Macarıstanın “Balatonfyured” komandasını qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 20:39 (11:20).

Qeyd edək ki, Macarıstanda keçirilən ilk oyunda da “Kür” məğlub olub – 19:42.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью