Kür çayından qadın meyiti TAPILDI

02.09.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabirabadda Kür çayından qadın meyiti tapılıb.

Redaktor.az "Apa"ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Minbaşı kəndində Kür çayından qadın meyiti tapılıb.

Məlum olub ki, meyiti tapılan şəxs Şirvan şəhər sakini, 29 yaşlı Abdullayeva Aytən Elçin qızıdır.

Onun hansı şəraitdə Kür çayında boğulduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью