Kür çayının kənarında kişi meyiti aşkarlandı

26.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Qazax sakininin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə Kür çayının rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kür çayının kənarında nasosxanada çalışan Birinci Şıxlı kənd sakini 1969-cu il təvəllüdlü M. Qurbanovun meyiti aşkarlanıb.

Onun ürək tutmasından öldüyü bildirilir. Hadisə yerinə aidiyyatı qrumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью