Kür çayının Salyan məntəqəsində suyun səviyyəsində 45 santimetr artım qeydə alınıb

07.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 iyun, AZƏRTAC

Avtomat hidroloji stansiyaların iyunun 7-si saat 9:00-a olan məlumatına əsasən bir neçə gündür bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63, Vəlvələçayda 12, Qudiyalçayda 5, Katexçayda 3, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4, Kürəkçayda 3, Zəyəmçayda 2, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11, Tərtərçayda 5, Tutqunçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda 10, Kür-Surra və Kür-Bankədə 11, Kür-Şirvanda 20, Kür-Salyanda isə 45 santimetr artım qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью