Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb

19.02.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.

Bakıvaxtı.az-ın məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğludur. Hər iki şəxsin balıqçı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır./report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью