Kür İslandiya klubu ilə cavab matçına çıxacaq

01.12.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxacaq.

Teleqraf.com xəbər verir ki, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq.

Saat 17:00-da start götürəcək görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcəklər.

Qeyd edək ki, ötən gün baş tutan ilk oyun İslandiya təmsilçisinin 30:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью