“Kür” İslandiya klubuna qarşı İdman və Biz

01.12.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Kişi həndbolçulardan ibarət “Kür” klubu bu gün növbəti avrokubok oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Avropa kubokunda mübarizə aparan təmsilçimiz 3-cü mərhələnin cavab görüşünü keçirəcək.

Təmsilçimiz öz meydanında İslandiyanın “Haukar” klubu ilə qarşılaşacaq. Oyun bir gün əvvəlki kimi “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq. İlk oyuna qonaq qismində çıxan Mingəçevir klubu bu dəfə meydan sahibi olacaq.

Qeyd edək ki, oyun saat 17:00-da başlayacaq.

Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
1 dekabr

17:00. “Kür” (Azərbaycan) - “Haukar” (İslandiya)
Hakimlər: Dorian Sırbu, Viktor Serdyuk (hər ikisi Moldova)
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun - 25:30

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью