Kür mübarizəni dayandırıb

15.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gəlib.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan matçda qonaq komanda qələbə qazanıb - 32:21. Bununla da Azərbaycan təmsilçisi EHF Avropa Kuboku ilə vidalaşıb.

Tərəflər arasında ilk matçda da rəqib komanda qalib 27:24 gəlmişdi.

Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью