“Kür” mübarizəyə başlayır

11.10.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kuboku turnirində mübarizəyə start verəcək.

Futbolpress.az xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu mövsümdə ilk sınağını Macarıstan təmsilçisi “Balatonfüredi” kollektivinə qarşı keçirəcək.

“Balaton” İdman Kompleksində baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AHF Arena” İdman Kompleksində reallaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью