“Kür” növbəti matçını keçirəcək

01.12.2024

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində növbəti matçına çıxacaq.

Apasport.az xəbər verir ki, təmsilçimiz bu gün İslandiyanın “Haukar” klubu ilə cavab görüşünü keçirəcək.

Matç “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq. Saat 17:00-da start götürəcək görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcəklər.

Qeyd edək ki, ötən gün baş tutan ilk oyun İslandiya təmsilçisinin 30:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Kuboku: “Qarabağ” rəqibinə məğlub olub - YENİLƏNİB “Qarabağ”ın matçının hakimləri müəyyənləşdi “Turan” 2 yoxlama matçı keçirib “Qarabağ” və “Azəryol” rəqiblərinə şans verməyiblər Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью