Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edəcək. Federasiyadan verilən məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparacaq.
Xatırladaq ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.
Qabil YUSİFOĞLU
XQ