Kür revanş ala biləcək?

01.12.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişi həndbolçulardan ibarət "Kür" klubu bu gün növbəti avrokubok oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Avropa kubokunda mübarizə aparan təmsilçimiz 3-cü mərhələnin cavab görüşünü keçirəcək.

Komandamız öz meydanında İslandiyanın "Haukar" klubu ilə qarşılaşacaq. Oyun bir gün əvvəlki kimi "Kür" Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq. İlk oyuna qonaq qismində çıxan Mingəçevir klubu bu dəfə meydan sahibi olacaq.

Qeyd edək ki, oyun saat 17:00-da başlayacaq.

Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
1 dekabr

17:00. "Kür" (Azərbaycan) - "Haukar" (İslandiya)
Hakimlər: Dorian Sırbu, Viktor Serdyuk (hər ikisi Moldova)
"Kür" Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun - 25:30

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью