Kür Su Kəmərləri İdarəsinin borusu partladı Təzyiqli su fontan vurdu Xəbər saytı Son xəbərlər və Hadisələr

20.12.2024

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Ötən gün Hacıqabul rayonu Talış kəndində yerləşən Kür Su Kəmərləri İdarəsinin su borularında partlayış baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Nəticədə təzyiqli su partlamış borudan ətrafa səpələnib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu BAKU.WS-ə açıqlamasında bildirib ki, qəzanın aradan qaldırılması işlərinə başlanılıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью