Kuramşının köməkçiləri bilindi

22.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sumqayıt” basketbol klubunun məşqçilər korpusu müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusunda təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq. V.Kuramşın baş məşqçi Uğur Özdemirin köməkçisi kimi fəaliyyət göstərəcək. Mütəxəssis klubun yarandığı 3 il ərzində komandada çalışıb. O, ötən iki mövsümdə baş məşqçi kimi fəaliyyət göstərib.

Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. O, FIBA və ABL-nin B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью