Kurasao millisinin futbolçusu “Sabah”da

01.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sabah” yeni futbolçu ilə anlaşıb.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq.

Kurasaolu futbolçu İsrailin “Makkabi” (Hayfa) klubundan transfer edilib. Yeni transferlə 2+1 illik müqavilə bağlanıb.

Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Pia” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью