Kurban Bedıyev: “Uğursuz məqamda qol buraxdıq”

24.11.2024

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Fikirləşirəm ki, güclü rəqibə qarşı oynadıq. Yaxşı komplekləşmiş komanda idi. Demək olar ki, heç-heç oyunun ədalətli nəticəsiydi. Amma uğursuz məqamda qol buraxdıq. 

– İlk hissə də komanda daha yaxşı oyun göstərsə də 60-cı dəqiqədən sonra sanki kollektiv matçdan qopdu. Bunun səbəbi nə idi?
– Bu, əsasən hesabı qorumaqla bağlı idi. Ancaq həmin tempdə, həmim istəklə də davam etmək olardı.
– 3-cü pillədə olsanız da 2-ci yer ilə aranızdakı xal fərqi getdikcə artır. Növbəti tur “Araz-Naxçıvan”la görüşü 6 xallıq oyun adlandırmaq olar?
– Rəqibin kimliyindən asılı olmayaraq, hazırlığımızı davam etdiririk.
– Bugünkü matçda oyun planız nədən ibarət idi və nə alınmadı?
– Dediyim kimi 2-ci yarıda lazım olanları yerinə yetirə bilmədik. Amma nəyin alınmaması uzun mövzudur.
– Tural Bayramlı mövsümün başlanğıcında hər oyunda iştirak etsə də indi qətiyyən oynamır…
– Tural son vaxtlar daha yaxşı çalışır. Ancaq indi kim daha optimal vəziyyətdədirsə, o da meydanda iştirak edir.

Əsas xəbərlər, Manşet, Premyer liqa Tovuzda sülh, “Sumqayıt” hesabı bərabərləşdirdi – YENİLƏNİR

24 Noyabr 2024, 20:05

Əsas xəbərlər, Premyer liqa Tovuzda heyətlər məlum oldu

24 Noyabr 2024, 16:04

Əsas xəbərlər, Premyer liqa Hüseynovun “Qarabağ” sınağı, “Neftçi” qələbə axtarışında

22 Noyabr 2024, 12:05

Əsas xəbərlər, Ölkə futbolu “Turan Tovuz” – “Sabah” biletlər satışda

21 Noyabr 2024, 12:41

Əsas xəbərlər, Ölkə futbolu “Turan Tovuz” yubilyar üçün turnir təşkil etdi

21 Noyabr 2024, 10:54

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” və “Turan Tovuz” cərimələndi

19 Noyabr 2024, 14:08

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью