Kurban Berdıyev: 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi | Icma.az
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir. "İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərdə oynadıq.
Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir".
Sport24.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 21-ci turunun "Səbail"lə matçından sonra mətbuat konfransında bildirib.
O, jurnalistlərin suallarını da cavablandırıb. - Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?
- Xeyr, birinci dəfədir. - Autsayderlər "Kəpəz" və "Səbail"lə oyunlarda xal itkilərinin səbəbi nədir? - İkisi də fərqli oyundur.
Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Paralellər aparmağı doğru hesab etmirəm.
- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz? - Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın.
Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı. - Emmanuel Hakmanın durumu necədir?
Tam oxu
Xəbəri oxu