Kurban Berdiyev: “Belə oyunlar 1ci səhvə qədər oynanılır”

29.11.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”a (0:1) məğlub olub.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Birinci hissədə mövqe mübarizələri oldu. Amma qol imkanlarımız olmadı. Oto Conun birəbir epizod istisnadır. Adətən belə oyunlarda 1-ci səhvə qədər oynanılır. Təəssüflər olsun ki, həmin səhvi biz buraxdıq.
– Düşünürsüzmü ki, artıq komandalar sizə qarşı hansı tərzdə oynamaq lazım olduğunun sirrini tapıblar?
– Xeyr, elə düşünmürəm.
– Belə bir fikir var idi ki, ən bəyəndiyiniz futbolçu Tural Bayramlıdır. Ancaq onu meydanda görmürük…
– Hücum xəttindəki oyunçularımız arasında ciddi rəqabət var. Bu da rəqabətlə bağlıdır.
– “Araz-Naxçıvan” qalib gələrək, sizdən bir az da uzaqlaşdı. “Qarabağ”la paralel irəliləyir. Onlara çatmaq çətin olacaq?
– Bəli, əslində fərq çoxdur. Bu matçdan da çox şey asılı idi. Qarşıda oyunlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.
– “Araz-Naxçıvan” əsasən minimal hesablarla qalib gəlir. Onların əsas gücünü nədə görürsüz?
– Yaxşı təşkilatlanmış, komandadır. Müdafiədə yaxşı oynayırlar. Əsasən də müdafiəyə ciddi fikir verirlər. Ona görə də az qol buraxırlar.

Əsas xəbərlər, Manşet, Premyer liqa “Sabah” “Səbail”ə qarşı, “Araz-Naxçıvan”dan qələbə

29 Noyabr 2024, 17:56

Əsas xəbərlər, Premyer liqa Mərdəkanda heyətlər məlum oldu

29 Noyabr 2024, 15:17

Əsas xəbərlər, Ölkə futbolu Rusiyalı menecer: “Berdıyev bu xəbərlərə əhəmiyyət vermədi”

28 Noyabr 2024, 13:52

Əsas xəbərlər, Premyer liqa “Turan Tovuz” – “Neftçi” oyununun vaxtı bilindi

27 Noyabr 2024, 11:50

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Turan Tovuz” rəsmisi: “Komandadan gözləntilərimiz böyükdür”

26 Noyabr 2024, 11:00

Əsas xəbərlər, Ölkə futbolu Berdıyev “əvəzedicilər”in oyununu izlədi

25 Noyabr 2024, 17:45

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью