Kurban Berdiyev: “Bu cür davranmalı deyildim”

12.04.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XXX turu çərçivəsində "Turan Tovuz" öz meydanında "Sabah"a 2:1 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik".

- Qırmızı vərəqə gördüyünüz epizodu necə şərh edərdiniz?
- Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı.

- Bu qələbə komandaya əlavə motivasiya verə bilər?
- Buna ümid edirəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxdığını düşünürəm.

- Oyunu tribunadan izlədiniz. Komandanın oyunu oradan necə görünürdü?
- İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, orada təzyiq etsin. Bu da işə yaradı. Tribundan baxmağa gəlincə, bir daha oyunu oradan izləmək istəmərəm.

- Sizin üçün avrokuboklara getmək üçün çempionatda 3-cü olmaq realdır, yoxsa "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanmasına ümid etmək?
- Biz heç kimdən asılı olmaq istəmirik. Oyundan-oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.

“Neftçi”nin sağ cinah planı - Danışıqlar başladı Şamaxıda UEFA turniri keçiriləcək "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəfat etdi “Qəbələ”dən yubiley Üçüncü het-trik: Mövsümdə ilk
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью