Apasport saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasının VIII turunda keçirilən “İmişli” – “Turan Tovuz” (1:0) matçından sonra qonaqların baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşüb:
"Bu gün "İmişli" layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik, elə standart vəziyyətlərdən də qol buraxdıq. Hansı ki, bu məsələlər üzərində işləmişdik. Amma qol buraxdıq. Əldə etdiyimiz azsaylı qol imkanlardan istifadə edə bilmədik".
- Bilirik ki, əsas üstünlüyünüz standart vəziyyətlərdir. Niyə bu dəfə fərqlənə bilmədiz?
- Standart vəziyyətlər üzərində kifayət qədər çox işləyirik. Amma təəssüf ki, hər dəfə qol vurmaq alınmır. Rəqib isə bundan istifadə etdi.